İsmayıllıdan olan cüdoçu Avropa Kubokunun ilk onluğunda qərarlaşıb. Bu haqda ShimalNews martın 13-ü Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Milli komandanın üzvü və İsmayıllı rayon cüdoçusu Ayxan Mirzəzadə yarışı 5-ci sırada başa vurub. İdmançımızın məşqçiləri Əkbər Şəfaqətov və Nurlan Salmanzadədir.

Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo idman növü üzrə Avropa Kubokunda 35 ölkədən 871 idmançı iştirak edib.