Xaçmazın Xudat şəhərində 15 yaşlı məktəbli itkin düşüb. Bu haqda ShimalNews 11 mart tarixində Bizim.Media-ya istinadən məlumat verir.

5 saylı məktəbin şagirdi Paşa Qədirov martın 10-u dərsdən sonra evə qayıtmayıb. Onun harada olduğu məlum deyil.

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi fakt üzrə araşdırmaya başlayıb.