Xaçmaz rayonunda fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 11 mart tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.
Tədbir Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən Ləcət kənd tam orta məktəbində baş tutub. Burada baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə geniş məlumat verilib. Həmçinin bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb.
Bundan əlavə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.