“Xudat” sərhəd dəstəsinin zastavasını pozaraq qonşu ölkəyə keçməyə cəhd göstərənlər saxlanılıblar. Bu haqda ShimalNews 11 mart tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Mart ayının 10-da saat 22:00-da 2 nəfər Samurçay kəndi yaxınlığında tutulub. Məlum olub ki, 17 yaşlı Rəhman Mahmudov və 19 yaşlı Paşa Qədirov Rusiya Federasiyasına keçmək istəyirmişlər.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.