Xaçmaz-Quba yolunda yaşıllaşdırma tədbirləri təşkil olunub. Bu haqda ShimalNews 11 mart tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində magistral yolun kənarına 500 ədəd müxtəlif növ ağaclar əkilib, yeni yaşıllıq zolaqları salınıb, suvarılması təmin edilib. Xaçmaz şəhərinin mərkəzində yerləşən park və xiyabanlara, yol kənarlarına yeni ağac və gül kolları basdırılıb.
İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri və içtimaiyyət nümayəndələri ekoloji tədbirdə iştirak ediblər.
Ətraf mühitin qorunması üçün keçirilən analoji aksiyalar növbəti həftələrdə də davam etdiriləcək.