Xaçmazda ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 11 mart tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Xaçmaz-Quba yolunun kənarında baş tutan aksiya “Heydər Əliyev İli” çərçivəsində təşkil edilib. YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz RİH-nin başçısı Elnur Rzayev, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, ictimaiyyət nümayəndələri və gənclər 200-dən çox ağac əkiblər.