Xaçmaz rayonunda Aqrar İnnovasiya Festivalı keçiriləcək. Bu barədə ShimalNews 11 mart tarixində Aqrar İnnovasiya Mərkəzinə istinadən məlumat verir.
Tədbir martın 15-i Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq. Burada kənd təsərrüfatı təyinatlı müxtəlif məhsul və avadanlıqlar, innovativ texnologiyalar nümayiş ediləcək.
Daha öncə Xaçmazda Aqrar İnnovasiya Mərkəzi tərəfindən festival təşkil edilmişdir.