Qusar Dövlət Ləzgi Dram Teatrı mükafatlandırılıb. Bu haqda ShimalNews 11 mart tarixində MİHİ Qusar rayon Komitəsinə istinadən məlumat verir.
10 Mart – Milli Teatr Günü münasibətilə Ləzgi Dram Teatrının səhnəsində yubiley konserti keçirilib. Tədbirin sonunda DLDT-nin kollektivinə MİHİ Qusar Komitəsi adından Fəxri Fərman və pul mükafatı təqdim olunub.