Qubanın Qəçrəş meşəsində meyiti tapılan Röyal Əlimuradovun yaxınları təfərrüatları danışıblar. Bu haqda ShimalNews 11 mart tarixində Baku TV-yə istinadən məlumat verir.
Əlimuradovun qohumları insidentin şahidi olmayıblar. Lakin bildiriblər ki, mərhumla “Komandir Rövşən” kimi tanınan şəxs arasında mübahisə yaranıb və Röyalla kənar yerdə görüş təyin edilib. Ora gələndə qarşı tərəf 4 nəfər olub və Röyala qarşı nalayiq ifadələr istifadə edilib. Bundan sonra Röyal idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə Rövşəni vurub və hadisə yerindən yayınıb. Bir müddətdən sonra R.Əlimuradovun cəsədi tapılıb.
“Komandir”in qardaşı Sadıx Ağayev isə bildirib ki, Rövşən 4 gündür reanimasiyadadır. Onun əməliyyat olunacağı gözlənilir.