İsmayıllıdan olan Vətən müharibəsi iştirakçısının nikah mərasimi keçirilib. Bu barədə ShimalNews 11 mart tarixində məlumat verir.

Tədbir İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub. Mərkəzdə təşkil edilən Əfqan Səlimovun nikah mərasimi “Heydər Əliyev İli” çərçivəsində baş tutub.

Əfqan Səlimov 16 iyul 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə təhsil alıb. 2016-2017-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 21 sentyabr 2020-ci il tarixindən səfərbərliklə Vətən müharibəsinə yollanıb və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Nahid Bağırovun müvafiq Sərəncamına əsasən, Əfqan Səlimov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir.