“Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi” çərçivəsində İsmayıllı rayonunun müharibə iştirakçıları ilə görüşlər keçirilib. Bu haqda ShimalNews 11 mart tarixində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Tədbir “MƏDİNƏ” Humanitar Yardım Təşkilatı ictimai birliyinin dəstəyi ilə və Gİİ-nin təşkilatçılığı ilə həyata keçirilib. Burada məqsəd tərkibində qazilər olan futbol komandalarının yaradılması, bu komandalarla Heydər Əliyevin 100 illiyinə həsr olunan “Ulu Öndər” Kubokunun keçirilməsi və onların 2023/2024-cü il mövsümündə Region Liqasına qatılmasıdır.
Görüşdə RİH-nin məsul əməkdaşı Bəhruz Xələfov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları, İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının vitse-prezidenti Asəf Məlikov, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Nəriman Alıyev, şəhid futbolçu Aqil Mirzəliyevin anası Aynurə xanım,Vətən müharibəsi iştirakçıları,qazilər və idman müəllimləri iştirak ediblər.
