İsmayıllıda minik avtomobili alovlanıb. Bu barədə ShimalNews 11 mart tarixində “İsmayilli.ws”a istinadən məlumat verir.
Rayon sakini Əkbər Ələsgərova məxsus “Nissan X-Trail” markalı minik avtomobili qəflətən yanmağa başlayıb. Alov maşının salon hissəsində başlayıb və qısa vaxtda genişlənib.
Əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Fakt araşdırılır.