İsmayıllıda şəhidin xatirəsinə çəkilmiş filmin təqdimatı keçirilib. Bu barədə ShimalNews 11 mart tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir.
“Nur üzlü şəhidim” sənədli filmi şəhid Elnur Səmədovun xatirəsini əbədiləşdirmək məqsədilə lentə alınıb.
Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Elnur 2020-ci ilin sentyabr-noyabr aylarında – Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə savaşıb.
Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ailəli idi, bir oğlu və bir qızı Vətənə əmanət qalıb.
