Qubanın Rustov kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 11 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə axşam saatlarında baş verib. Ümumi sahəsi 40 kv.m olan talvarın 25 kv.m sahəsi və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.
Əraziyə FHN-in bölmələri cəlb edilib və yanğın söndürülüb.