Qubanın Zərdabi qəsəbəsində 200-ə yaxın ev susuz qalıb. Bu barədə ShimalNews 10 mart tarixində xəbər verir.

Artıq 20 gündür ki, Gənclik küçəsinin sakinləri artezian quyusunun təmirini gözləyirlər. Onların sözlərinə görə, su nasosunun təmir edilməsi üçün vəsait yığılıb, lakin hələ də bir nəticə əldə edilməyib.

Burada yaşayanlar əlavə pul sərf edərək su gətirdirlər. Bu isə onlara maddi sıxıntı yaşadır.