Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Xudat şəhərində sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 10 mart tarixində İH-yə istinadən xəbər verir.

Qəbulda Xudat şəhəri və Şollar qəsəbəsinin sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Vətəndaşlar fərdi qaydada dinləniliblər. Müraciətlər elektrik təsərrüfatının yenilənməsi, yeni salınan yaşayış massivlərinin qazlaşdırılması, su ilə təchizatın yaxşılaşdırılması, xəstəxana üçün yeni binanın inşası və digər sosial sahələri əhatə edib. İcra başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.