Şimal bölgəsində və ümumilikdə ölkə ərazisində dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur. Bu barədə ShimalNews 10 mart tarixində məlumat verir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normaldır:

“Bunlar da qorxulu deyil. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir”.