Qusarda yerləşən “Zeyxur” Kiçik Su Elektrik Stansiyası investisiya müsabiqəsinə çıxarılacaq. Bu barədə ShimalNews 10 mart tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Artıq investisiya təklifləri müzakirə olunur. Təkliflərin hazırlanması üçün müəssisə və onun maliyyə-iqtisadi göstəriciləri ilə tanış olmaq, habelə yarana biləcək hər hansı sualların cavablandırılması məqsədilə maraq göstərən investorlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, AZ1025, Y.Səfərov küçəsi, 50;
Tel.: +99412 4902408 (əlavə – 208 və 191);
Faks: 99412 903359;
E-mail: [email protected].