Bu gün Qubada gənclər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Bu barədə ShimalNews 10 mart tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yarış peşə liseyində baş tutub. Gərgin mübarizədən sonra “Mübarizlər” komandası – I yeri, “Şahdağ” komandası – II yeri, “Cəsurlar” komandası – III yeri tutublar.

Tədbir Gİİ və Quba Peşə Liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.