Qubanın H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 10 mart tarixində xəbər verir.
Hadisə saat 15:30 radələrində “Şane” hotelin qarşısında qeydə alınıb. “VAZ-21015” və “Nissan Navara” markalı avtomobillər toqquşublar. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Şahidlərin sözlərinə görə, “015” gözləmədən “Nissan”ın yoluna çıxıb və nəticədə qəza baş verib.