İsrailin sabiq Baş naziri Ehud Olmert Quba rayonuna səfər edib. Bu barədə ShimalNews 10 mart tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Bu gün 10-cu Qlobal Bakı Forumunda iştirak edən cənab Ehud Olmert icra başçısı Ziyəddin Əliyevlə görüşüb. Ona rayon haqqında ətraflı məlumat verilib. Daha sonra qonaq dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbəyə yollanıb.
Burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanışlıq keçirilib. Sonda Olmert “Giləki” və “Altı Günbəz” sinaqoqlarında olub.