İsmayıllıda qadınların iqtisadi yönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etmək üçün təlim keçirilib. Bu barədə ShimalNews 10 mart tarixində Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat verir.

Tural İsaqov və Nərmin Daşdəmirbəyli tərəfindən “Biznesdə qadınlar” və “Biznes Psixologiyası” mövzusunda təlim keçirilib. İştirakçılara “Sahibkar qadın” adlı kitabça təqdim olunub.

Tədbir İsmayıllı DPTM və “Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Burada, xüsusən, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınlara diqqət ayrılıb.