İngiliscə danışaraq məşhurlaşan 13 yaşlı Xınalıq kənd sakini İbrahim Zeynalov İngiltərəyə oxumağa göndəriləcək. Bu haqda ShimalNews 10 mart tarixində Marja.az-a istinadən məlumat verir.
“MÜSİAD Azərbaycan olaraq MÜSİAD İngiltərə ilə birgə balaca həmyerlimizin dil qabiliyyətini daha da təkmilləşdirmək üçün İngiltərəyə yay məktəbinə göndərəcəyik”, – deyə adıçəkilən təşkilatdan bildirilib.
Daha öncə Polşadan gələn qonağın İbrahimlə ingilis dilində söhbəti ictimaiyyət arasında maraq doğurmuşdu.
MÜSİAD Azərbaycan 2018-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 76 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verməkdədir. 10 nəfərlik idarə heyəti və 5 komissiya ilə fəaliyyətini davam etdirir. 76 üzvdən 30-u Türkiyə vətəndaşı, 46-ı Azərbaycan vətəndaşıdır. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan “İnkişaf – Əməkdaşlıq – Güc Birliyi Platforması”dır.