Xaçmazdan olan yeniyetmə qız Bakı Rəqs Çempionatında uğurla çıxış edib. Bu barədə ShimalNews 9 mart tarixində Oxu.az-a istinadən məlumat verir.
Çempionatda Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər. Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin solisti Lamiyə Hacızadə Folklor Stilizasiya nominasiyasında Qran-pri qalibi olub.