Xaçmaz rayon akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə ShimalNews 9 mart tarixində Ekologiya və təbii sərvətlər nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı saxlanılan şəxsdən istifadəsi qadağan olunmuş ov alətləri müsadirə edilib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.