Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz rayonunda yoxlamalar keçirib. Bu barədə ShimalNews 9 mart tarixində agentliyə istinadən məlumat verir.
Aparılan monitorinq nəticəsində Hacıəlibəy kəndində yerləşən “Ağabəyoğlu” marketdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı və qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.