Mehman Hacıbala oğlu Abdullayev 1894-cü ildə Qusarın Əcəxur kəndində anadan olub.

Mehmanın qohumu Hacı Kələntər ona din təhsili verib, molla olmağını istəyib. Lakin dünyəvi elmlərə meylini hiss edərək, sonradan onu Dərbəndə, rus məktəbinə təhsil almağa göndərib.

Bir müddət sonra pedaqoq Mehman Abdullayev Dərbənddən müəllim kimi qayıdıb, Ləcət stansiyasındakı məktəbdə fəaliyyətə başlayır. Daha sonra o, doğma və qonşu kəndlərdə məktəblərin açılışında yaxından iştirak edib, müəllim və direktor kimi fəaliyyət göstərir.

Mehman Abdullayev görkəmli şair və yazıçılarla dostluq etmişdi. Onlardan Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Nəriman Nərimanov, Nəcməddin Samurskini qeyd etmək olar.

1937-ci ildə sovet hakimiyyəti onu xalq arasındakı nüfuzuna görə həbs edib. Daha sonra Abdullayev “xalq düşməni” damğası ilə güllələnib. Onun ailəsi sürgün edilmiş, evi, əmlakı, kitabxanası isə müsadirə olunmuşdur. Yalnız 1956-cı ildə Mehman Abdullayevə bəraət verilmişdir.

Əcəxur kənd orta məktəbi 1993-cü ildən Mehman Abdullazadənin adını daşıyır. Məktəbin həyətində onun heykəli qoyulmuşdur.

Mehman Abdullayevin övladları Qusarın tanınmış ziyalılarındandırlar. Atasının adını təxəllüs kimi özünə götürən şair-bəstəkar, Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi Asəf Mehmandır. Kamal Abdullayev isə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.

İstinad edilən mənbələr: