Martın 12-si Quba, Şabran,İsmayıllı və Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə, tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək. Bu haqda ShimalNews 9 mart tarixində Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir.
İmtahan saat 11:00-da başlanır, saat 10:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaq. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
İmtahanda ölkə üzrə 50.823 şagirdin iştirakı gözlənilir.