Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qubada vətəndaşların görüşünü keçirib. Bu haqda ShimalNews 9 mart tarixində Quba RİH-yə istinadən məlumat verir.

General-polkovnik Arzu Rəhimovla görüşdə  Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak ediblər. Qəbuldan əvvəl Arzu Rəhimov və Ziyəddin Əliyev Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında ümummilli liderin abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar.