Qusar Olimpiya İdman Kompleksində “Üzməyi öyrənək” layihəsi həyata keçirilib. Bu barədə ShimalNews 9 mart tarixində adıçəkilən kompleksə istinadən məlumat verir.

4 saylı tam orta məktəbin şagirdləri üçün üzgüçülük dərsləri İlqar İsrafilov və Marina Murtuzayevanın rəhbərliyi altında təşkil olunub. Sonra isə onların arasında yarış keçirilib.

Ümumilikdə 85 şagird mübarizə aparıb. Onlara sertifikatlar, ilk 3 yerin sahibinə isə Gənclər və İdman Nazirliyinin medalları və diplomları təqdim olunub.

Bu pilot layihə fevralın 6-da start götürüb. Onun əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsidir. Eləcə də bu idman növünün təbliği və inkişafına nail olmaqdır.