Qubanın Zərdabi qəsəbəsində park və küçələr işıqlandırılmır. Bu barədə ShimalNews 9 mart tarixində məlumat verir.

Sakinlərin sözlərinə görə, bu hal artıq 16 gündən çoxdur ki, davam edir. İşıq dirəkləri əvvəl birbaşa elektrik şəbəkəsinə qoşulmuşdu. Bununla bağlı “Azərişıq” ASC tərəfindən tədbir görülüb və xətlər ayrılıb. Yenidən işıqlandırmanı təmin etmək üçün sayğacların quraşdırılması tələb edilir.