Qubada narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb. Bu barədə ShimalNews 9 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu polis əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Onun narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

Həkim müayinəsi zamanı A.İsmiyevin narkotik qəbul etdiyi sübuta yetirilib. Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.