Qubada DYP əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər. Bu barədə ShimalNews 9 mart tarixində AZƏRTAC-a istinadən məlumat verir.
Rayon ərazisində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 10-a yaxın qadın sürücünü saxlayaraq həm sürücüləri, həm də avtomobildə olan xanımları, azyaşlı qızları təbrik edib, onlara gül və müxtəlif hədiyyələr təqdim ediblər.
Bundan əlavə, polis əməkdaşları parkda dincələn xanımları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.