Qubanın Qəçrəş kəndində ağacdan asılmış 35 yaşlı kişinin meyiti tapılıb. Bu barədə ShimalNews 9 mart tarixində xəbər verir.

Məlumata görə, İspik kənd sakini Röyal Əlimuradov intihar edib. Onun cəsədi ekspertiza olunandan sonra dəfn mərasimi keçirilib.

Qeyri-rəsmi mənbələrdən təfərrüatlar açıqlanıb. Bir neçə gün öncə Röyalın işlədiyi Qəçrəşdəki restoranda Rövşən adlı şəxslə aralarında münaqişə yaşanıb. Sonra isə R.Əlimuradov avtomobillə onu vurub, hadisə yerindən yayınmışdır.

Bildirilib ki, Rövşən kəndin keçmiş sahə müvəkkili olub.