Baş prokuror Kamran Əliyev İsmayıllı rayonda sakinlərin qəbulunu keçirəcək. Bu barədə ShimalNews 9 mart tarixində Baş Prokurorluğa istinadən məlumat verir.

Görüş martın 15-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbulda  İsmayıllı sakinləri ilə yanaşı, Şamaxı, Qəbələ və Oğuz rayon sakinləridə işitirak edə biləcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.