Xaçmaz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bu haqda ShimalNews 8 mart tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

Elnur Rzayev tədbirdə iştirak edən şəhid analarını, şəhidlərimizin həyat yoldaşlarını və qız övladlarını, eləcə də müxtəlif sahələrdə çalışan fəal qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. İcra başçısı bir qrup qadını RİH tərəfindən fəxri fərmanlar və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıb. Həmçinin tədbirdə iştirak edən bütün xanımlara gül bağlamaları təqdim olunub.

Şənlik yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.

Xaçmazda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
 
Xaçmazda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib