Xudat şəhərində anadan olmuş Ali Məhkəmənin sədri Ramiz Rzayev öz postu ilə vidalaşıb. Bu haqda ShimalNews 8 mart tarixində məlumat verir.

18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışan 70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşünü keçirib.

Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin Sərəncamı ilə 5 il müddətinə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. R.Rzayevin isə 70 yaşı yeni tamam olmuşdu. İcraatında iş olduğu zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.