Qubada “MathCamp 2023” adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır. Bu barədə ShimalNews 8 mart tarixində məlumat verir.
Düşərgədə iştirak etmək istəyənlər 10 mart tarixinədək qeydiyyatdan keçməlidirlər. Bunun üçün linkdən (https://forms.gle/jfM93oR2BZCvBBYP7) istifadə etmək olar.
Burada ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında aşağıda göstərilən şəxslər iştirak edə bilərlər:
- bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri;
- magistratura və doktorantura səviyyəsində təhsil alanlar;
- Burada qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olanlar.
Təşkilatçılıq Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən həyata keçirilir.