Quba sakininin həyətyanı sahəsində ağac kömürü istehsal edilən quyu aşkarlanıb. Bu haqda ShimalNews 8 mart tarixində Report-a istinadən məlumat verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz kömür istehsal edən Xalıq Baxışov müəyyən edilib. Onun barəsində qanunamüvafiq tədbirlər görülüb, aşkar olunan kömür quyusu isə ləğv olunub.