Qusarda qeysəriyyə əməliyyatı olunan qadın xeyli müddət komada qaldıqdan sonra ölüb. Bu haqda ShimalNews 8 mart tarixində Report-a istinadən xəbər verir.

Yanvarın 23-ü Quba rayonunun Digah kənd sakini, 30 yaşlı Aygün Neymətova Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. O, övladını dünyaya gətirmək üçün əməliyyat olunandan sonra beyin ödəmi diaqnozu ilə reanimasiya şöbəsinə köçürülmüşdür.

A.Neymətovanın ailə üzvləri iddia edirlər ki, ölümə səbəb həkim məsuliyyətsizliyi olub.