Qubada gənclər “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarışa qatılıblar. Finala vəsiqə qazananların siyahısı açıqlanıb. Bu barədə ShimalNews 8 mart tarixində ADPU-nun Quba filialına istinadən məlumat verir.

“Novruz” kuboku adlı yarışma Pedaqoji Universitetdə keçirilib. “A” və “B” qruplarında nəticələr aşağıda göstərilib.

A qrupu:

  • “Difai” +2900 xal;
  • “Pelusa” +3000 xal;
  • “Victory” +2400 xal;
  • “Prometey” -1300 xal.

B qrupu:

  • “Nirvana” -400 xal;
  • “Evklid” +200 xal;
  • “BOT” +5800 xal.

Qrup oyunlarından sonra “Difai”, “Pelusa”, “BOT” və “Evklid” komandaları yarımfinala vəsiqəni təmin edib.