Qubada 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bu haqda ShimalNews 8 mart tarixində Quba RİH-yə istinadən məlumat verir.
Tədbir Quba rayon Heydər Əliyev Mərkəzində baş tutub. “Ulu öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu” mövzusunda təşkil edilən görüşdə Ziyəddin Əliyev və RİH-nin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, İctimai Şuranın sədri, şəhid anaları, şəhidlərin həyat yoldaşları və şəhidlərin qız övladları, həmçinin müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın iştirak ediblər.
RİH tərəfindən xanımlara gül dəstələri və hədiyyələr təqdim olunub.