Quba, Qusar, Xaçmaz və İsmayıllı rayonlarında Novruz bayramını qeyd etmək qonaqlar üçün neçəyə başa gələcək? ShimalNews bu bölgələrdə yerləşən hotelləri və istirahət mərkəzlərini araşdırıb.

İsmayıllıda yerləşən “Basqal Resort & SPA“da 2 nəfərlik otaqların qiyməti 330 manatdan başlayır. Hovuzlu VIP kottecin qiyməti isə 1725 manatdır. Qiymətə səhər yeməyi (açıq bufet), şam yeməyi (açıq bufet), uşaq zonası, uşaq otağı və SPA xidmətləri (qapalı hovuz, sauna, buxar otağı və fitnes zalı) daxildir.

“Su Meyilli Hotel & Spa”nın da bayram günlərini keçirmək istəyənlər üçün maraqlı təklifləri var. Burada 2 nəfər üçün hotel otağının bir gecəsi 120 manatdan başlayır. Qiymətə səhər yeməyi daxildir.

“İsmayilli Resort Hotel”də isə 19-26 mart tarixləri aralığında 1 gecəlik otaq qiyməti 140 manatdan başlayır. Bu qiymətlərə səhər yeməyi, spa xidmətləri (hamam, sauna, şok hovuz), böyüklər üçün fitnes və uşaqlar üçün oyun mərkəzindən istifadə daxildir.

Vogue Hotel Nabran”da Novruz bayramı paketi 2 gecə 3 gün üçün nəzərdə tutulub. 20 mart tarixində qala gecəsi yeməyi, canlı musiqi, DJ, əyləncəli oyunlar, 21 mart səhər və axşam yeməyi, canlı musiqi, DJ. daxil standart 2 nəfər üçün qiymət 299 manat təşkil edir.

Quba Palace Hotel” Novruz bayramı günlərini möhtəşəm bayram konserti, tonqal, şən əhvali-ruhiyyə ilə qeyd etməyi təklif edir. 2 nəfər üçün 1 gecənin qiyməti 195 manatdır. Bu qiymətə dağ mənzərəli “deluxe” otaqda gecələmə, geniş çeşidli səhər yeməyi (açıq bufet), SPA (qapalı hovuz, idman zalı, türk hamamı, sauna) və Novruz bayramı proqramı daxildir.

Qubada yerləşən “Macara Lake Resort” 5 cür yerləşmə təklif edir. Novruz bayramı günlərində “Townhouse Standard” otaqlar 190 manatdan, “Lake Park” binasında standart otaqlar isə 200 manatdan başlayır.

Qusarda yerləşən “Ladera Resort”da da bayram əyləncələri təşkil ediləcək. 2 nəfər üçün hoteldə yerləşmə haqqı 150 manat təşkil edir. Qiymətə səhər yeməyi daxildir.

Shahdag Resort”da yerləşən iki mehmanxanada bayramla əlaqədar xüsusi təkliflər var. “Zirve Hotel”də  2 böyük üçün 1 gecə 99 manat təşkil edir. Qiymət mart ayının sonuna qədər aktivdir və yalnız həftəiçi günlər üçün etibarlıdır. “Şahdağ”da isə 2 nəfər üçün 1 gecənin qiyməti 190 manatdan başlayır.