İsmayıllıda şəhidlərin anaları, bacıları, xanımları və qız övladları ilə görüş keçirilib. Bu haqda ShimalNews 8 mart tarixində RİH-yə istinadən xəbər verir.
Tədbirdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə I və II Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları iştirak ediblər. İsmayıllı Rayon İcra Hakimiyyəti onları təbrik edib.
Bildirilib ki, adları qızıl hərflərlə tarixə yazılan şəhidlərimizin ailə üzvləri hər kəs üçün çox qiymətlidir. Belə vətənpərvər, mərd və şücaətli övladlar böyütdüklərinə görə şəhid analarına təşəkkür bildirilib.
