İsmayıllı rayonunda Gənclər və İdman İdarəsi idman tədbiri keçirəcək. Bu haqda ShimalNews 8 mart tarixində idarəyə istinadən məlumat verir.
Poverliftinq üzrə rayon birinciliyi Olimpiya İdman Kompleksində baş tutacaq. Mərhum pəhləvan Hacı Hikmət Əhmədovun xatirəsinə həsr olunmuş tədbir 12 mart saat 10:00-də başlayacaq.