İsmayıllı sakinindən ov tüfəngi müsadirə edilib. Bu barədə ShimalNews 8 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə Namazgah kənd sakini S.Atayevin qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilib. Araşdırma aparılır.