Bu gün Yel çərşənbəsidir. Bu çərşənbədə əsən külək oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə, həmçinin “yelli-küləkli çərşənbə” də deyirlər.
Bu çərşənbədə əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun yenilənməsi, havanın təmizlənməsi kimi qəbul edilir.
Mifologiyada Yel çərşənbəsi təbiətin oyanmasının üçüncü mərhələsini əks etdirir və yol göstərən, bələdçi rolunu yerinə yetirir.