Xaçmaz rayonunda 2 yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 7 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Yanğınlardan biri Tikanoba kəndi yaxınlığında dənizə yaxın açıq ərazidə baş verib. Burada  təxminən 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın isə Mürşüdoba kəndi yaxınlığında açıq ərazidə qeydə alınıb. Əraziyə cəlb edilən yanğınsöndürənlər qısa müddət ərzində alovu söndürüblər.