Xaçmaz rayonundakı Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 20-ci kilometrindən ayrılan Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimoba avtomobil yolu yenidən qurulur. Bu barədə ShimalNews 7 mart tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.

Məlumata əsasən, ümumi uzunluğu 30 kilometr təşkil edən yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissəsi və 2 metr çiyinlər daxildir. Tikinti işləri zamanı yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.

Torpaq işləri bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 10 kilometrlik hissəsində asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.Bundan başqa, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

Sonda yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, təmir-tikinti işlərindən sonra 10 yaşayış məntəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcək.

AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo
AAYDA-dan photo