Şəhid Zakir Ağayevin ailəsi ziyarət edilib. Bu barədə ShimalNews 7 mart tarixində İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) istinadən xəbər verir.
İsmayıllı rayon MKS-nin Aşıqbayramlı kənd kitabxana filialının və Aşıqbayramlı kənd klubunun əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci Qarabağ müharibəsi şəhidi Zakir Ağayevin anası Hayat Ağayevanı ziyarət ediblər.
Ziyarət zamanı əməkdaşlar Hayat Ağayevanı bayram münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıblar.